Saakaşvili Poroşenkoya barışıq məktubu göndərib

saakasvili-porosenkoya-barisiq-mektubu-gonderib
Oxunma sayı: 3320

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili ölkə prezidenti Pyotr Poroşenkoya məktub göndərib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “1+1” telekanalı mənbələrinə əsasən məlumat yayıb. 

Məlumata görə, Saakaşvilinin Poroşenkoya barışıq təklifi etdiyi iddia olunur.

“Poroşenkoya məktub artıq göndərilib. Mişa barışıq təklif edir”, - deyə məlumatda bildirilir.  

M. Saakaşvilinin komandasından isə belə bir məlumatlarının olmadıqlarını bildirib.

Bundan əvvəl M.Saakaşvili P.Poroşenko ilə razılığa gəlməyin vacibliyini vurğulamışdı.