Saakaşviliyə Ukraynada vəzifə təklif olundu

saakasviliye-ukraynada-vezife-teklif-olundu
Oxunma sayı: 2488


Modern.az saytı bildirir ki, bu haqda M. Saakaşvilli “Rustavi-2” teleşirkətinə məlumat verib. O, telekanala deyib ki, Ukraynada yüksək vəzifədə işləmək təklifi alıb, amma belə bir planı yoxdur. Keçmiş prezidentin sözlərinə görə, bu təklifə razılaşmasa da, Ukraynada bundan sonrakı proseslərin inkişafı üçün əlindən gələn köməyi əsirgəməyəcək.

Mixail Saakaşvili Gürcüstan üçün çox darıxdığını, ancaq çoxsaylı problemləri həll etməkdən ötrü ABŞ-a getməyə qərar verdiyini də vurğulayıb.

Xatırladaq ki, keçmiş prezident ABŞ-da Taftsa Universitetində müəllim işləyir.