Sabah 32 dərəcə isti olacaq

sabah-32-derece-isti-olacaq
Oxunma sayı: 645


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinidən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 17-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.