Sabah güclü külək əsəcək

sabah-guclu-kulek-esecek
Oxunma sayı: 645

Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək, gündüz zəifləyəcək.
Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 19-24 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Oktyabrın 14-ü gündüz, 15-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Nigar Məmmədli