Sabah isti olacaq

sabah-isti-olacaq
Oxunma sayı: 1267


Arabir güclənən mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə,  havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.