Sabah temperatur aşağı enəcək

sabah-temperatur-asagi-enecek
Oxunma sayı: 646

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 12-15, gündüz 16-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 8-də gün ərzində güclənən şimal küləyi havanın temperaturunun aşağı enməsinə səbəb olacaq.

Nigar Məmmədli