Sabaha yağış-qar gözlənilir

sabaha-yagis-qar-gozlenilir
Oxunma sayı: 638

Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 5-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da sabah arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 11-dən 13-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün müsbət amildir.

Nigar Məmmədli