Şabranda gənclər arasında bıçaqlanma olub

sabranda-gencler-arasinda-bicaqlanma-olub
Oxunma sayı: 1473

Şabranda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, insident bazarda baş verib.

1992-ci il təvəllüdlü Novruzov İlkin Səhrab oğlu özündən 4 yaş kiçik olan Əmiraslanov Elməddin Nəcməddin oğlunu qarın boşluğu nahiyyəsindən 2 dəfə bıçaqlayıb.

Yaralı şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Hər iki şəxs sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Emin Kərimov