Safura özünə ad günü keçirdi - Fotolar

safura-ozune-ad-gunu-kecirdi
Oxunma sayı: 7431

Uzumüddətdir ki, efirlərdən uzaq gəzən eks-müğənni Safura Əlizadə (Əliyeva) özünə ad günü keçirib. 

“Qafqazinfo” xəbər verir ki,  Safura 20 sentyabr tarixində 25 yaşını qeyd edib.  Onun doğum günündə ailə üzvləri, yaxın dostları iştirak edib. 

Keçmiş ifaçı rəsmi instaqram səhifəsində özəl günündə lentə alınan fotoları paylaşıb. 

Xatırladaq ki, o, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə nikah bağlayıb, 2014-cü ildə İsgəndər adlı oğlu dünyaya gəlib. 

Bu məqamda qeyd edək ki, Əlizadə ikinci övladına hamilədir.