Şahdağ Milli Parkında uçqun - Yol bağlanıb

sahdag-milli-parkinda-ucqun
Oxunma sayı: 663

Aprelin 17-də , səhər saat 4 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Vəndam meşəbəyliyinin 2 saylı dolayında, Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyində yolun sol hissəsində uçqun baş verib. Hadisəyə səbəb bölgəyə yağan intensiv və güclü yağışlar olub.

“Qafqazinfo” xəbər verir ki, dərhal Milli Parkın əməkdaşları hadisə yerinə cəlb olunub və araşdırma aparılıb. İlkin məlumatlara görə uçqunun əhatə etdiyi ərazi yoldan 50-60 metr hündürlükdə olmaqla təxminən 4 sota yaxın meşə ilə örtülü olmayan ərazini əhatə edir. Hadisə ilə bağlı aidiyyəti üzrə məlumat verilib. Hazırda müvafiq qurumlar tərəfindən yolun bağlanmış hissəsinin açılması məqsədilə təmizləmə işləri aparılır.

Əraziyə nəzarət olunması üçün Şahdağ Milli Parkının işçiləri tərəfindən növbətçilik təşkil olunub.