Sahibkarlara 1 milyondan çox kredit verildi

sahibkarlara-1-milyondan-cox-kredit-verildi
Oxunma sayı: 631


“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Şamaxı və ətraf rayonlardan olan 80 nəfərə yaxın sahibkarın iştirak etdiyi tədbirin iştirakçıları güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlandırılıb. Şamaxı rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab edilən nümunəvi layihələr təqdim olunub. Eyni zamanda, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi məsələləri geniş müzakirə edilib.

İşgüzar forumda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və başqaları çıxış edərək ölkəmizdə sahibkarlara göstərilən dövlət qayğısından, onlara verilən güzəştli kreditlər hesabına özəl sektorda iqtisadi inkişaf meyllərinin güclənməsindən və digər aktual məsələlər barədə ətraflı danışıblar.