Şahmatçılarımız Avropa çempionatında liderliyə yüksəldi

sahmatcilarimiz-avropa-cempionatinda-liderliye-yukseldi
Oxunma sayı: 2357

Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında mübarizəni davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan şahmatçıları VIII turda turnir cədvəlinin birinci pilləsində qərarlaşan Rusiya millisi ilə qarşılaşıblar.

Görüşün birinci lövhəsində Şəhriyar Məmmədyarov Aleksandr Qrişuku, ikinci lövhədə isə Teymur Rəcəbov Yan Nepomnyaşnını 1:0 hesabı ilə məğlub edib. Şəhriyar qara, Rəcəbov isə ağ fiqurlarla oynayıb.

Üçüncü lövhədə Arkadi Naydiç Maksim Matlakovla münasibətlərinə aydınlıq gətirib. Görüş şahmatçımızın 1:0 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Beləliklə, Azərbaycan sonuncu- dördüncü lövhədə Rauf Məmmədov və Danil Dubov görüşü həmyerlimizin qələbəsi ilə bitib. 

Rusiya isə 11 xalla ikinci pilləyə düşüb.