Salyanda 31 yaşlı kişi bıçaqlanıb, vəziyyəti ağırdır

salyanda-31-yasli-kisi-bicaqlanib-veziyyeti-agirdir
Oxunma sayı: 786

Bu gün Salyan şəhərinin “Plastik” yaşayış massivində bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, Ə.Quliyev küçəsi, bina 7, mənzil 1-də yaşayan 1986-cı ildə anadan olmuş

Ovezberdiyev Elvin Cuma oğlu sol döş qəfəsinin içəri keçmiş kəsilmiş-deşilmiş yaraları ilə ağır vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Hazırda xəstənin üzərində 2 saata yaxındır ki, əməliyyat aparılır.

Elvin Ovezberdiyevin atasının dediyinə görə, oğlu onlarla bir binada yaşayan Elmir adlı şəxs tərəfindən bıçaqlanıb.

Hazırda Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətmiş  şəxsin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində operativ əməliyyat tədbirləri həyata keçirilir.