Salyanda traktorla avtomobil toqquşdu

salyanda-traktorla-avtomobil-toqqusdu
Oxunma sayı: 1144

Salyan rayonunun Alçalı kəndində yol qəzası baş verib . Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, "MTZ" markalı traktor ilə “VAZ” markalı minik avtomobili toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.