Salyandan şikayət var

salyandan-sikayet-var
Oxunma sayı: 650

Müraciəti “Qafqazinfo”ya da təqdin edən Salyan şəhəri, T. Abdulrəhmanov küçəsi ev 10-da yaşayan Bağırov Ceyhun Rasim oğlu tərəfindən rayondakı tibbi problemlərdən şikayət rfib: “Mənim 38 yaşım var. 2 il 4 aylıq və 40 günlük iki uşaq atasıyam. Kasıb ailəyik. 2011-ci ildən ağır formalı vərəmə yoluxduğumdan fəhləlik belə edə bilmirəm. Salyan rayon Mərkəzi Xəstəxanasının Salyan rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxanasında müalicə olunuram. Amma buna heç müalicə də demək olmaz. Çünki dövlətimizin vərəmli xəstələrə pulsuz ayırdığı dava-dərmanlar baş həkim Xanış Abbasovun göstərişi ilə xəstəxananın həyətində saxlanmış 10FL 675 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomaşının yük yerindən Rəsul adlı şəxs tərəfindən satılır. Vərəm xəstələrinin əksəriyyətinin həmin dərmanları almağa gücü çatmadığından müalicə də aparılmır. Xəstəxanada pulsuz yemək verilməsindən isə danışmağa dəyməz. Həftədə cəmi iki gün verilən yeməklər o qədər keyfiyyətsiz olur ki ona yaxın duran olmur. Odur ki vərəmli xəstələr adından Sizdən xahiş edirəm dövlətimizin bizə ayırdığı vəsaitləri Allahını belə unudaraq mənimsəyənlər barədə lazımi tədbir görülməsinə göstəriş verəsiniz”.