“Saqqal saxlamayan cəhənnəmlikdir”- - Qalmaqal böyüyür

saqqal-saxlamayan-cehennemlikdir-
Oxunma sayı: 7235


Qamət Süleymanov saqqal saxladığına görə Avropa Çempionu olan güləşçi Elçin Əliyevin milli komandadan uzaqlaşdırılmasına münasibət bildirib. 

"Qafqazinfo" publika.az-a istinadən xəbər verir ki, sələfilərin lideri saqqalın güləşə mane olmadığını və federasiyanın bu məsələni qaldırmasının qəribə hal olduğunu vurğulayıb:

“O qardaşla şəxsi tanışlığım olmasa da, ümumi şəkildə tanıyıram. O ki qaldı, saqqal saxlamasına, bu onun öz seçimi, haqqıdır. Çünki bilirsiniz ki, ölkəmizdə etiqad azadlığı var.  Həmçinin Azərbaycanda saqqal qadağan olunmayıb ki?!

 Həm ərəb ölkələrində, həm də digər ölkələrdə  saqqalı idmançılar var. Xristianlarda da, yəhudilərdə də saqqal ən vacib şərtlərdəndir. Saqqal məsələsində ən rəhimlisi islam dinidir. Xristianlara görə saqqal saxlamayan cəhənnəmlikdir.

 Demək istəyirəm ki, saqqal saxlamaq heç kəsi təəccübləndirməsin. Bu, güləşçinin öz seçimidir, bu barədə azaddır. Mən buna normal baxıram.

 Bundan əlavə, təmizlik saqqalla ölçülmür. Əgər  saqqal saxlayan biri ibadət edirsə, onun saqqalı çoxunun üzündən təmizdir. Çünki o gündə 5 dəfə dəstəmaz alarkən saqqalını yuyur.

Deyəsən, onlar  idmançını bomjlarla səhv salıblar. Dində də saqqal kişiyə vacib buyurulub. Kim nə qədə bacarır o qədər saxlayır. O, bu seçimdə azaddır”.

 Qamət Süleymanov “Elçin Əliyevə saqqalını azaltmaq üçün müraciət edərsinizmi” sualımıza belə cavab verdi:

“Mən bu məsələyə qarışmaq istəmərəm, bu, qardaşın öz işidir.  Mən ona deyə bilmərəm ki, saqqalını qırx”.

Qeyd edək ki, Güləş üzrə Avropa çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş  Elçin Əliyev saqqalına görə milli komandadan uzaqlaşdırılıb.