Saxta sənədlərlə Azərbaycana daxil olmaq istədilər

saxta-senedlerle-azerbaycana-daxil-olmaq-istediler
Oxunma sayı: 1584

İki xarici vətəndaşın saxta sənədlərlə Azərbaycan dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

“Qafqazinfo”nun Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, iyunun 17-də “Bakı-Doha” reysinin rəsmiləşdirilməsi zamanı 1991-ci il təvəllüdlü Ali Shah adlı Pakistan vətəndaşının pasportundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurub, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdiqini tapıb.

İyunun 19-da “Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim John adlı şəxsin pasportunun həqiqiliyi şübhə doğurmuş, dərinləşdirilmiş yoxlama nəticəsində pasportun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəyyən edilib. Araşdırma nəticəsində həmin şəxsin 1983-cü il təvəllüdlü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunub.

Saxlanılmış əcnəbilər barəsində müvafiq tədbirlər həyata keçirilir.

Murad Əhməd