Səbaildə Bayraq gününə həsr olunmuş tədbir keçirilib

sebailde-bayraq-gunune-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 1799

Dövlət Bayrağı günü münasibəti ilə Səbail rayonunda tədbir keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, 49 №-li “İntellekt” lisey-məktəbdə təskil olunmuş «Bayrağımız – qürur mənbəyimizdir» adlı ədəbi-bədii tədbirdə çıxış edən məktəbin direktoru, əməkdar müəllim Təhminə Əsədova tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mücadilələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. 

Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatı şöbə müdiri müavini İsrafil Kərimov bildirib ki, rayonda ilk tədbirin məhz bu məktəbdə keçirilməsi bu təhsil ocağının əzəmətli Dövlət Bayrağı Meydanına ən yaxın ərazidə yerləşməsidir. Hər bir məktəbli belə bir məktəbdə oxumasından qurur duymalıdır. 


Tədbirlə məktəblilərin ifasında bayrağımıza həsr olunmuş şer, mahnı və ədəbi kompozisiyalar səslənib.