Səbailin icra hakimiyyəti iməcilik keçirdi

sebailin-icra-hakimiyyeti-imecilik-kecirdi
Oxunma sayı: 1045

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində yaradılmış “Dostluq parkı”nda və eləcə də Səbail RİH tərəfindən “Şıx” ərazisindəki yamacda salinan “Ekoloji park”ın ərazisindəki ağacəkmə aksiyası RİH başçısının müavini Abit Əliyev və YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyevin, rayonunun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin, YAP üzvlərinin, yüzlərlə insanın iştirakı ilə keçirilib.

Keçirilən iməсlikdə ümumilikdə 1000 ədəd yeni Eldar şamı, oluandr, kiparis, zeytun və s. ağacları əkilib, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilib.