Şəbnəm pilləkəndən yıxılıb xəstəxanalıq oldu - Video

sebnem-pillekenden-yixilib-xestexanaliq-oldu
Oxunma sayı: 3070

Müğənni Şəbnəm Qəhrəmanovanın başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, ifaçı ötən gün əyləncə mərkəzlərinin birində səhnədən enərkən yıxılıb. 

“Entermaqazin” instaqram səhifəsinin yaydığı videodan görünür ki, pilləkəndən düşərkən ayağı büdrəyən müğənninin ayağa qalxması üçün iki nəfər kömək edib. 

Onun hazırda xəstəxanada, Travmatologiyada olduğu qeyd olunub.