Seçkilərdə müşahidəçilərin sayı 51-ə çatdı

seckilerde-musahidecilerin-sayi-51-e-catdi
Oxunma sayı: 989

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 51-ə çatıb.

Bu barədə “Qafqazinfo”ya Mərkəzi Seçki Komissiyasından bildirilib.

Müşahidəçilərin 36-sı öz təşəbbüsü ilə müraciət edib, 15-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.

Bütün müraciətlərə müsbət cavab verilib.