Sedanın platonik sevgisindən danışdı

sedanin-platonik-sevgisinden-danisdi
Oxunma sayı: 1724

Türkiyənin tanınmış müğənnisi Mehmet Erdem Seda Sayanın ona platoniq olarak aşiq olması barədə yayılan xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, ifaçı düşünür ki, Seda Sayan zarafat edərək belə sözlərdən istifadə edib:

“Zarafat edib, hadisələrə də belə uzanıb. Belə bir şeyin olduğunu zənn etmirəm. Oldu, keçdi. Özəl həyatımdır, bu mövzularda çox danışmaq istəmirəm. Sizin də hörmət etməyinizi gözləyirəm”. 

Qeyd edək ki, Star TV-də yayımlanan “Duymayan Kalmasın” verilişində müğənni Seda Sayanın Mehmet Erdemə aşiq olduğu iddia edilib. 
55 yaşlı ifaçı həmkarı barədə Demet Akalın və Seren Serengillə müzakirə aparıb. Seda 39 yaşlı sənətçini çox bəyəndiyini, onunla sevgili olmaq istədiyini bildirib.