Sədr Azərbaycanı təbrik etdi

sedr-azerbaycani-tebrik-etdi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, təbrik mesajında deyilir: “Qafqaz türklərinin Osmanlı dövlətindən kömək istəməsi ilə İstanbulda ‘’Qafqaz İslam Ordusu’’ adlı əsgəri birlik yaradılaraq 25 May 1918-ci ildə Gəncəyə göndərilir.

28 Mayda Tiflisdə M.Ə.Rəsulzadənin liderliyi ilə Azərbaycan Xalq Cumhuriyyəti elan edildi. Qafqaz İslam Ordusu 15 Sentyabr 1918-ci ildə Bakını işğaldan azad etdi . Bakı Azərbaycanın paytaxtı elan olundu.

28 Aprel 192ci il tarixində Azərbaycan Sovetler Birliyi tərəfindən işğal edilmiş olsa da Sovetlər Birliyinin süqutundan sonra 1991-ci ildə təkrar müstəqilliyinə qovuşur. 1991-ci ildən etibarən 28 May günü Azərbaycan Xalq Cumhuriyyəti Bayramı olaraq qeyd edilir.

Azərbaycan və Türkiyə arasında əsrlərdən bəri davam edən dostluq,qardaşlıq bağları hər keçən gün daha da güclənir. Azərbaycan Qafqazların parlayan ulduzu olaraq bütün dünyada tanınır. Bu münasibətlə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm”.