Səfirimiz Paraqvayda

sefirimiz-paraqvayda
Oxunma sayı: 646

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə eyni zamanda Paraqvayda da akkreditə olunması ilə əlaqədar etimadnamələrini Paraqvay Respublikasının Prezidenti Fernando Lugoya təqdim edib Etimadnamələrin təqdimindən sonra Paraqvay dövlət başçısı ilə Azərbaycan diplomatı arasında görüş olub. Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan xalqına xoş arzularını ifadə edən Prezident Fernando Lugo Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan məmnunluğunu bildirib. Ölkəsinin də Azərbaycanla əməkdaşlığa maraq göstərdiyini vurğulayan Paraqvay dövlət başçısı bu məqsədlə mövcud imkanların araşdırılaraq qarşılıqlı maraq kəsb edən sahələrin müəyyənləşdirilməsinin vacibliyini deyib.

Söhbət əsnasında iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın təşviqi, xüsusilə də enerji, kənd təsərrüfatı, əczaçılıq sahələrində imkanların araşdırılmasının əhəmiyyəti vurğulanıb.

Görüşdə habelə, regional təhlükəsizlik, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması prosesi, ölkəmizin enerji strategiyası, regional əməkdaşlıq və inkişafdakı rolu haqqında geniş fikir mübadiləsi aparılıb.

Sədan