Şehiç Çempionlar Liqasında ilk “3-lük”də

sehic-cempionlar-liqasinda-ilk-3-lukde
Oxunma sayı: 1210

Çempionlar Liqasında cari mövsümün statistik göstəriciləri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç ən çox seyv edələr arasında yer alıb.

Ağdam klubu qrup mərhələsində mübarizəni dayandırsa da, Şehiç 35 seyvlə ikincidir. "Roma"nın qolkiperi Alisson Beker isə əlçatmazdır. Braziliyalı əlcək sahibi 47 qurtarışla hamını qabaqlayır. Andrey Pyatov 3-cü ("Şaxtyor", 34 qurtarış), Yasmin Handanoviç 4-cü ("Maribor", 32 qurtarış) və Sven Ulrayx beşincidir ("Bavariya" 29 qurtarış).