Səidə iki il sonra klip çəkdirdi

seide-iki-il-sonra-klip-cekdirdi
Oxunma sayı: 2105

Müğənni Səidə Sultan yeni klipini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi sözləri Mövlana Cəlaləddin Rumiyə, musiqisi Murad Zeynala məxsus “Qarib dünya” mahnısını ekranlaşdırıb. 

Klipi rejissor İlkin Umudov lentə alıb.  Səidənin imici üzərində modleyer Elnarə Bəkirova çalışıb. 

Musiqi layihəsi bu gün “Youtube” sosial şəbəkəsində yayımlanıb. 

Qeyd edək ki, Səidə sonuncu dəfə iki il bundan əvvəl Niyam Salami ilə duet oxuduğu "Affet" mahnısına klip çəkdirmişdi.