Şəkidə 8 otaqlı ev yanıb

sekide-8-otaqli-ev-yanib
Oxunma sayı: 647

Şəkidə güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanğın Şəki şəhərinin Turan qəsəbəsində ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli səkkizotaqlı evdə qeydə alınıb. 

Hadisə nəticəsində evin 350 kvadratmetri və ona bitişik tikilmiş, ümumi sahəsi 150 kvadratmetr olan talvar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.