Şəkidə sürücü faciəvi şəkildə öldü

sekide-surucu-facievi-sekilde-oldu
Oxunma sayı: 2717

Şəkidə sürücü faciəvi şəkildə dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, ölüm hadisəsi Yevlax-Zaqatala-Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Magistral yolda Qax sakini - Zaur Rəfail oğlu İbrahimov idarə etdiyi "Qazel" markalı avtomobildə nasazlıq yaranıb. Sürücü avtomobili, "KamAz" markalı yük avtomobilinə qoşaraq, ərazidən aparıb.

Bir qədər sonra, sürücü qoşqunu açmaq istəyən vaxt iki avtomobildən biri hərəkətə gəlib və sürücü Z.İbrahimov iki avtomobilin arasında qalıb. O əzilərək dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov