Şəkiyə güclü dolu düşüb

sekiye-guclu-dolu-dusub
Oxunma sayı: 1390

Gecə saatlarında Şəkidə başlayan leysan xarakterli yağışdan sonra güclü dolu yağıb.

“Qafqazinfo” xəbər verir ki, təqribən 4-5 dəqiqə yağan dolu torpaq qatının üstünü örtüb.

Yerli sakinlərin sözlərinə görə, bu mövsümdə yağan dolu taxıl sahələri və meyvə bağları üçün ciddi təhlükə hesab edilir.

Rəşad Türkoğlu