Səkkiz nəfərin öldüyü qəzaya polislərin səbəb olması iddiasına - - Rəsmi reaksiya

sekkiz-neferin-olduyu-qezaya-polislerin-sebeb-olmasi-iddiasina-
Oxunma sayı: 4811


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, dekabrın 28-də Bakı-Şamaxı yolunun Qobustan rayonunun Cəngi kəndi ərazisindən keçən hissəsində 8 nəfərin ölümü ilə nəticələn ağır yol qəzasının bəzi KİV-də guya yol polisinin qəzaya uğrayan avtomobili təqib etməsi nəticəsində baş verməsi barədə yazılanlar yanlışdır: “Baş verən qəza kameralar vasitəsi ilə qeydiyyata alınıb və idarənin istintaq şöbəsində aparılan araşdırmadan sonra hadisəyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, dekabrın 28-də saat 15 radələrində Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub. N. Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, İ. Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişiblər.

 Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.