Səlim Müslümov hesabat verir

Səlim Müslümov hesabat verir
Oxunma sayı: 661

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, iclasda Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iştirak edir. Nazir bildirib ki, ölkə prezidentinin çevik və inkişaf kursuna uyğun olaraq postneft dövrünün ram edilməsi üçün aparılan islahatlar qısa müddətdə öz nəticəsini ortaya qoyub: “Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə ölkədə sosial müdafiə sistemi əhalinin 91 faizinə xidmət edir. Bu da ölkədə yoxsulluğun azaldılmasına səbəb olur. Pensiyanın gəlir və xərclərini resurs təminatının 13,5 faizi əmək pensiyaçıları üzrə sosial  pensiyaların ödənilməsində vacib rol oynayacaq. Əhalinin nominal gəlirləri 8 faiz artıb. Adambaşına düşən gəlirlər 6,9 fazi olub. İnflyasiya 13,9 faiz olub. Doğulanların sayı 156 min nəfər olub. 

Gələn ilki proqnozlara əsasən qadınların yaş həddinin  isə 78, kişilərin isə yaş həddinin 73 olacağı gözlənilir. Bir işçinin hesablanmış orta əməkhaqqı 550 manata çatacaq. 2018- ci ildə əmək pensiyaçılarının sayı 1 milyon 315 min nəfər təşkil edəcəyi gözlənilir. Bizim hesablamalara görə dekabr ayında orta aylıq əmək haqqı bütövlükdə 238 milyon manat olacaq. Bu da 6,24 faiz artım deməkdir”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi