Səlim Müslümov sığorta-pensiya sistemindəki islahatlardan danışdı

selim-muslumov-sigorta-pensiya-sistemindeki-islahatlardan-danisdi
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, klubun prezidenti və baş icraçı direktoru Telman Əliyev qurumun fəaliyyəti barədə məlumat verib. O, bildirib ki, CEIBC-nin əsas məqsədi dövlət orqanları və biznes nümayəndələri arasında əlaqələri inkişaf etdirməkdir. 2002-ci ilin iyununda yaradılmış, Prezident İlham Əliyevin fəxri sədri olduğu CEIBC dünyanın 50 ölkəsindən 500-dən çox şirkəti birləşdirir.

DSMF sədri S. Müslümov “Azərbaycanın sığorta-pensiya sistemi: islahat davam edir” mövzusunda təqdimatla çıxış edib. Vurğulayıb ki, yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən hazıradək DSMF-nin gəlirləri və xərcləri 4 dəfə artıb, sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1300 min nəfərdən 1967 min nəfərə çatıb, sosial sığorta haqqının dərəcələri 29%-dən 25%-ə endirilib, pensiyaların minimum məbləğində 3,4 dəfə, orta aylıq məbləğində 5 dəfə artım baş verib.

DSMF sədri islahatların növbəti mərhələləri barədə də məlumat verib, Fondun fəaliyyətinin avtomatlaşdırılmasından danışıb: “Məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılması, pensiya və müavinət təyinatının avtomatlaşdırılması icra olunacaq. Eyni zamanda, pensiyaların ödənişinin avtomatlaşdırılması tədbirləri davam etdiriləcək. Həmçinin, normativ hüquqi bazanın hazırlanması, sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması, fərdi yığım hesablarında toplanan vəsaitlərin pensiya təminatına yönəldilməsi tədbirləri həyata keçiriləcək. Qeyri-dövlət pensiya institutlarının inkişafı sahəsində görüləcək işlərə gəldikdə isə, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi davam etdirilməklə yanaşı, normativ hüquqi bazanın hazırlanması, qeyri-dövlət pensiya fondlarının fəaliyyətə başlaması istiqamətində işlər görüləcək”.

Daha sonra S. Müslümov klub üzvlərini maraqlandıran sualları cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.

Nigar Məmmədli