Şəmkirdə kafedə kütləvi dava - Yaralananlar var

semkirde-kafede-kutlevi-dava
Oxunma sayı: 786

Şəmkir rayonunda kütləvi dava olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib.

Belə ki, bir qrup şəxs arasında hələ ki, bilinməyən səbəbdən mübahisə yaranıb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Dava zamanı Şəmkir rayon sakinləri: 1986-cı il təvəllüdlü Vəliyev Toğrul və 1990-cı il təvəllüdlü Rəhimov İntiqam müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər hər iki yaralının vəziyyəti orta-ağır olduğu bildirib.

Faktla bağlı araşdırma aparılır.