Şengen vizası ilə Bolqarıstanda da keçərlidir

sengen-vizasi-ile-bolqaristanda-da-kecerlidir
Oxunma sayı: 636

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, Bolqarıstan hökuməti Şenqen vizasına malik olan xarici ölkələrin vətəndaşlarının Bolqarıstan ərazisində sərbəst hərəkət etmək hüququnun verməsini qərara alıb. Belə vizaya malik olan turistlər və ya iş adamları, Bolqarıstan ərazisini ən çoxu altı ay müddəti daxilində doğsan gün ziyarət edə bilərlər.

Bolqarıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu hüquqdan əsasən Bolqarıstan və Avropa Birliyi ilə eyni viza sazişlərinə malik olan Çin, Rusiya, Türkiyə, Kazaxıstan və s. ölkələrin vətəndaşları faydalana biləcəklər.