Sərdar Aziz “Qalatasaray”ı UEFA-ya şikayət edəcək

serdar-aziz-qalatasarayi-uefa-ya-sikayet-edecek
Oxunma sayı: 929

Baş məşqçi Fatih Terimin istəyi ilə transferə çıxarılan “Qalatasaray”ın müdafiəçisi Sərdar Aziz İstanbul təmsilçisini UEFA-ya şikayət edəcək.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun transfer vərəqəsini “sarı-qırmızılılar”dan ala bilməməsidir. 

Maaşını almaq baxımından da problem yaşayan arxa xətt oyunçusu qitə futbol qurumu vasitəsilə bütün problemləri həll etmək istəyir.