Serenay sərxoş gənclərlə şəkil çəkdirmək istəmədi, dava düşdü

serenay-serxos-genclerle-sekil-cekdirmek-istemedi-dava-dusdu
Oxunma sayı: 1166

Türkiyəli aktrisa Serenay Sarıkaya sevgilisi Kerem Bürsinlə İstanbulda Arnavutköydə əyləncə mərkəzindən çıxarkən bir qrup sərxoş gənc onunla şəkil çəkdirmək istəyib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa şəkil çəkdirmək istəmədiyini bildirib.

Bundan hirslənən gənclər onu təhqir ediblər.

Kerem Bürsin sevgilisi təhqir edən gənclərlə mübahisə etməyə başlayınca araya əyləncə mərkəzinin mühafizəçiləri giriblər. Mühafizəçilər cütlüyü evlərinə qədər aparıblar.