Sərhəd bölgələri xəstəliyə qarşı dezinfeksiya edilir

Sərhəd bölgələri xəstəliyə qarşı dezinfeksiya edilir
Oxunma sayı: 890

Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramal arasında iti yoluxucu nodulyar dermatit xəstəliyinin yayılması ilə əlaqədar qonşu ölkədən gətirilən yüklərin boşaldılma yerləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli qurumları tərəfindən kimyəvi maddələrlə dezinfeksiya edilir.

“Qafqazinfo” xəbər verir ki, bu tədbir Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək iti yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə aparılır.

2018-ci ilin ilk 7 ayı ərzində Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı 2442699 baş iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb və epizootik sabitlik qorunub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nodulyar dermatit xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi