Sərxoş model 5-ci mərtəbədən yıxıldı, komadadır

serxos-model-5-ci-mertebeden-yixildi-komadadir
Oxunma sayı: 3881

Türkiyə əsilli model Aleksandra Sabuncu xəstəxanaya yerləşdirilib.  “Qafqazinfo” xəbər verir ki, istirahət üçün Amerikadan Türkiyəyə gələn 23 yaşlı model 5-ci mərtəbədən yerə yıxılıb. 

Beşiktaş ərazisindəki evdə dostları ilə əylənən Aleksandranın səxroş olduğu məlum olub.  O,  özünü idarə edə bilməyib və binanın pəncərəsindən aşağı düşüb. 

Sabuncunun dostları onun yoxluğunu bir neçə dəqiqə sonra biliblər və pəncərənin açıq olduğunun fərqinə varıblar. 

Amerikada fəaliyyət göstərən model təcili olaraq xəstəxanaya yerləşdirilib, hazırda komadadır.