Sərxoş polis əməkdaşları azərbaycanlı sürücünü döydülər

serxos-polis-emekdaslari-azerbaycanli-surucunu-doyduler
Oxunma sayı: 640

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlarda polislərin azərbaycanlını döyməsinə səbəb taksi sürücüsünün onları öz avtomobilində aparmaqdan imtina etməsi olub.

Pulsuz xidmətdən imtina edən sürücü polis əməkdaşları tərəfindən döyülüb. Paytaxt polisinin rəsmi nümayəndəsinin verdiyi məlumatda qalmaqalda adı hallanan polis əməkdaşları Moskva Daxili İşlər Nazirliyi Baş İdarəsinin post-patrul xidmətinin ikinci operativ polkunun əməkdaşları olduğu deyilir.

Rusiya mətbuatı qeyd edir ki, müxalifətin aksiylarını yatırmaq üçün məhz bu bölümün köməyindən cəlb olunur. Artıq həmin əməkdaşlarla bağlı cinayət işi qaldırılıb.

Zərəçəkən qapalı kəllə-beyin travması, burun və çənənin sınıqları diaqnozu ilə xəstəxanaya çatdırılıb.