Şəxsiyyət vəsiqəsini internetdən almağa az qaldı

sexsiyyet-vesiqesini-internetden-almaga-az-qaldi
Oxunma sayı: 661

Bütövlükdə elektron xidmətlərin siyahısı 24 istiqaməti əhatə edəcək”. APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Baş Təşkilatı-İnspeksiya İdarəsinin rəsisi Fazil Quliyev bildirib. Onun sözlərinə görə, bunun nəticəsində yaxın zamanlarda Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini almaq üçün sənədlərini internet vasitəsi ilə verə biləcəklər.

Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə əhaliyə elektron xidmətlərin göstərilməsi vacib məsələdir. F.Quliyev qeyd edib ki, hazırda vətəndaşlar üçün lazım olan bir çox sənədlərin polis əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN Xidmət" mərkəzlərindən operativlik, şəffaflıq nəzakətlilik, məhsuliyyət və rahatlıq prinsipləri əsasında verilməsi istiqamətində hazırlıq işləri artıq başa çatıb.