Şeyx qadağa tətbiq etdi

seyx-qadaga-tetbiq-etdi
Oxunma sayı: 1601


AzNews.az-a QMİ-dən daxil olan məlumata görə, İdarədən nüfuzlu din xadimlərinə, Qazılar Şurasının üzvlərinə, o cümlədən adıçəkilən qurumda yüksək post tutan şəxslərə mətbuatla mümkün qədər az əməkdaşlıq etmək, hətta müsahibə verməmək kimi tapşırıq verilib. 

Dini durumun o qədər də sabit olmadığı bu günlərdə artıq qeyd etdiyimiz qərarın təzahürlərini sezmək olur. Belə ki, son həftə, həmçinin bu gün Şeyxülislam Hacı Allahşükür Paşazadə, o cümlədən dini durumla bağlı QMİ səlahiyyətlilərinə ünvanlanan zənglər və suallar cavabsız qalıb. Bunun məntiqi davamı olaraq QMİ sədr müavini Hacı Salman Musayevin bu gün AzNews.az-a açıqlamasında da görmək olar. 

Belə ki, o, saytın əməkdaşının suallarına konkret olaraq belə cavab verib: “Biz saytlara açıqlama vermirik”. Din xadimi bu cümlədən sonra telefonu qapadıb və bir daha zənglərə cavab verməyib.