Şeyxin müdafiəsinə qalxdılar

seyxin-mudafiesine-qalxdilar
Oxunma sayı: 2591


“Qafqazinfo”nun məlumatına görə, “Turan” agentliyi bildirir ki, sənəddə son vaxtlar QMİ-yə, eləcə də sədri A.Paşazadəyə hücumların intensiv xarakter aldığı bəyan edilir. Buna səbəb kimi bəzi təriqətlərin dövlətçiliyə təhlükə yaratmalarına dair QMİ sədrinin açıqlamaları göstərilir.

Müəlliflərə görə, A.Paşazadənin bu əsaslı açıqlamaları özünü və QMİ-ni əsassız hücumlara məruz qoyub. Sənəddə QMİ sədrinin bu və ya digər səbəblərlə bağlı xarici səfərlərinin belə bəzi qüvvələr tərəfindən şayiələrlə müşayiət olunmasına diqqət çəkilir.

Bundan irəli gələrək, Bakı və Kəndlər Birliyi QMİ sədrinin dövlətçiliyin müdafiəsi üçün atdığı addımları dəstəklədiklərini və ona yardımçı olacaqlarını nəzərə çatdırırlar.