Səyyad Arana vəzifə verildi

seyyad-arana-vezife-verildi
Oxunma sayı: 650

Modern.az saytının məlumatına görə, Azərbaycanın İstanbuladıkı keçmiş konsulu, Yeni Azərbaycan Partiyasının tanınmış üzvü Səyyad Aran Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini təyin olunub.

Xəbəri Modern.az-a açıqlamasında Dövlət Komitəsinin mətbuat idmətinin rəhbəri Orxan Əli də təsdiqləyib.

Yeni Azərbayacn Partiyasının yaradıcılarından olan Səyyad Aran uzun illər partiyanın ideologiya şöbəsinə rəhərlik edib.

Xatırladaq ki, S.Aran 2006-2010-cu illərdə Azərbaycanın İstanbuldakı konsul vəzifəsində çalışıb. O, bu təyinatadək Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışırdı.