Sıla onunla sevgili oldu

sila-onunla-sevgili-oldu
Oxunma sayı: 1831

Türkiyənin məşhur müğənnisi Sıla iş adamı Okan Can Yantırla sevgili olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Seda Sayanın proqramında məlumat verilib. 

Seda yayılan şayiələrin doğru olduğunu, həmkarının özünə yeni sevgili tapdığını bildirib.

“Mənbələrim deyir ki, Sıla Ahmet Kuralla ayrıldıqdan sonra Okanla münasibətə başlayıb. Bu xəbər doğrudur. Xoşbəxt olsunlar” -deyə Sayan qeyd edib. 

Qeyd edək ki, Sıla ilə Okanın fotosu bu ilin yanvar ayında yayılmışdı. Sılanın o zaman münasibətdə olduğu Ahmet cütlüyü qısqanmış, müğənnidən ayrılmışdı.