Sima da Şahdağa gedir

sima-da-sahdaga-gedir
Oxunma sayı: 2580


"Qafqazinfo" xəbər verir ki, həmin Məşhurun adını hələlik bəlli etməyən Sima Qasımova Pətək Dinçözlə münasibətinin maraqlı xatirəyə çevrildiyini dedi:

“Pətək xanm həm ifaçı, həm də bir xanım kimi sevilir. Səmimiyyəti ilə özü bu sevgini qazanıb. Onunla görüşümüzdən maraqlı anılar qalıb. Ən əsası isə birlikdə “Aşıksın” mahnısını paylaşdıq və konsert izləyiciləri bu duetimizi çox bəyəndi” – deyən Simadan bu gün doğum gününü qeyd etdiyini öyrəndik.

Bir oğul anası olan Sima özəl gününü övladı və valideynləri ilə birlikdə Şahdağ İstirahət Mərkəzində qeyd edəcəyini söylədi. Qışın dadını qarlı, şaxtalı məkanda çıxaracaq sənətçi, ad gününü bunu üçün münasib bilib. Simanın bu gün özəl hədiyyələri də olub. Gecədən başlayaraq şou-biznesin tanınmışlarından təbriklər alan Sima Qasımova, bir qism hədiyyələrin məhz onlardan olduğunu gizlətmədi. Həmkarları tərəfindən qiymətləndirilən Sima onları sadalamaqla, kiminsə unudlmağından ehtiyatlandı və ailəsi ilə özəl gününü daha maraqlı edəcəyini bildirdi.