Sinqapuru da uda bilmədik

sinqapuru-da-uda-bilmedik
Oxunma sayı: 636

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Yığmamız 15-ci dəqiqədə Rauf Əliyevin, 62-ci dəqiqədə Mahir Şükürovun vurduğu qollarla üstünlük qazansa da, bu üstünlüyü qoruya bilməyib. Oyundan sonra millimizin baş məşqçisi Berti Foqts gənc futbolçulardan razı qaldığını bildirib: “Qalib gəlməyə yaxın idik. Ancaq sonradan buraxdığımız 2 qol buna imkan vermədi. Əlbəttə, istəməzdik ki, uzatma dəqiqəsində qol buraxıb, qələbəni qaçıraq. Bunun üzərində işləməyimiz lazımdır. Daha çox təcrübəli futbolçulardan narazı qaldım. Gənc futbolçulardan isə razıyam”.

Azərbaycan - Sinqapur - 2:2
Qollar: Rauf Əliyev, 15, Mahir Şükürov, 62 - Şaydju Esax, 72, Şaxdan Sulayman, 90+2
Baş hakim: Fahed Əlksura (Birləşmiş Ərəb Əmirlikləri)
Hakim-köməkçiləri: Həsən Suqrəti, Yasem Əlali, İbrahim Məhari (hamısı Birləşmiş Ərəb Əmirlikləri)
Dubay (BƏƏ). “The Sevens” stadionu

Azərbaycan: 23. Andrey Popoviç, 4. Mahir Şükürov, 8. Aleksandr Çertoqanov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 18. Rizvan Umarov, 19. Rahid Əmirquliyev, 20. Ufuq Budak, 21. Vladimir Levin, 22. Əfran İsmayılov, 26. Vüqar Əsgərov.

Sinqapur: 1. Xasan Sanni, 12. Aqu Kaşmir, 5. Baynakki Xayzan, 16. Daniel Bennet, 10. Fazrul Nazvas, 3. Şaydju Esax, 20. Ruzairi Zayral, 4. İsa Xalim, 17. Şaxril İşak (k), 15. Musratik Faxrudin, 8. Şaxdan Sulayman.

Ceyhun Əhmədov