Şirkətin təzəsi, nömrənin köhnəsi

sirketin-tezesi-nomrenin-kohnesi
Oxunma sayı: 1537


Bu sistem haqda xəbərlər ilk dəfə ortaya çıxanda bəziləri məsələni düzgün anlamamışdı, həttə KİV-lərdən biri öz yazısına “Bir telefonda bir neçə nömrə daşıya biləcəyik” başlığı qoymuşdu. Ancaq bu, tamam ayrı sistemdir. Sistemin mahiyyətini qısa, bir cümlədə belə göstərə bilərik: indi abonent istifadə etidiyi nömrəsini başqa şirkətin abunəçisi olarkən istifadə etməkimkanı əldə edir.

Daha geniş izahat versək, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hələ ötən ildən təsdiq etdiyi qaydalara əsasən, mobil telefon nömrəsinin bir operator şəbəkəsindən digər şəbəkəyə daşınması abunəçinin müraciəti əsasında 6 gün müddətində həyata keçirilir. Abunəçinin hesabında borc varsa, nömrənin daşınması ilə bağlı şəxsi məlumatlar natamamdırsa, daşınması tələb olunan nömrənin abunəçiyə aidliyi sübut edilmirsə, nömrənin bir şəbəkədən digər şəbəkəyə daşınması mümkün olmaya bilər. Daşınması tələb olunan nömrə mövcud olduqda və nömrə daşınması üçün təqdim olunmuş ərizə və sənədlər düzgün olduğu halda abunəçi istifadə etdiyi şəbəkə operatoru ilə müqaviləni dayandırır və şəbəkəsinə keçmək istədiyi operatorla müqavilə bağlayır. Abunəçinin müqaviləsi, başqa sənədləri mərkəzi baza sisteminə daxil edilir. Daşınmış nömrənin digər şəbəkəyə yenidən daşınması, sonuncu nömrə daşınması tarixindən 3 (üç) ay müddət keçdikdən sonra yerinə yetirilə bilər. Buna görə də abunəçilərin şirkətləri dəyişərkən hərtərəfli düşünməsi, mobil operatora qarşı olan tələblərini, almaq istədiyi xidmət səviyyəsini, tarifləri, servis çeişidini özü üçün müəyyən etdikdən sonra qərar verməsi tövsiyə olunur.

Azərbaycan mobil rabitə bazarının öncüllərindən olan “Azercell Telekom” hər yenilikdəki kimi, Mobil Nömrələrin Daşınma sisteminə keçiddə də fərqlənir.

Şirkətin prezidenti Kiril Qaburiçin sözlərinə görə, Azercell şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsi sahəsində görülən işlər həmçinin, Mobil Nömrə Daşınması prosesinin hazırlıq mərhələsinin bir hissəsi idi. Bundan başqa, TeliaSonera şirkətlər qrupunun MND prosesini uğurla başa vuran digər üzvlərinin qabaqcıl təcrübələrindən də yararlanılıb:

“Bu çoxfunksiyalı layihənin icrası istiqamətində şirkətimizin ən peşəkar mütəxəssisləri artıq iki ilə yaxındır çalışırlar. Skandinaviyanın ən iri mobil rabitə operatoru TeliaSonera şirkətlər qrupunun tərkib hissəsi olaraq, biz həmçinin MND prosesini uğurla başa vuran digər üzvlərimizin qabaqcıl təcrübələrindən də yararlana bildik. Bir sözlə, biz artıq uzun müddətdir ki, “start” mövqeyindəyik və əminik ki, bütün müştəriləmizə ən yüksək səviyyədə xidmət göstərmək üçün yetərli imkanlarımız var və rəqiblərdən bizə keçən abunəçilər Azercell-də əlverişli və xoş müştəri təcrübəsi ilə üzləşəcəklər”.

Mobil Nömrələrin daşıma sistemi abunəçilər üçün çox müsbət şərait yaradır. Biz öz telefon nömrəmizi adətən dəyişməyi sevmirik, çünki bu zaman o nömrəni bilən xeyli insanla əlaqə imkanları itirdi. Adamlar bizim təzə nömrəmizi çətinliklə öyrənirdilər. İndi yeni sistemdə isə nömrəni yaddaşı ilə birlikdə başqa, daha keyfiyyətli operatora olduğu kimi daşımaq mümkündür.

Azercell şirkəti öz şəbəkəsini yeni abonentlərin gəlişinə çoxdan hazırlayırdı. Şirkətin internet səhifəsində mobil nömrə daşıma xidmətindən istifadə etmək istəyənlər üçün ilkin qeydiyyat forması hazırlanmışdı. Burda yaxşı başa düşürdülər ki, 4,5 milyon abunəçi ailəsinə öz köhnə nömrələri ilə qoşulmaq istəyənlər ilk andan rahatlığın bütün cəhətlərini hiss etməlidir. Müştəriyə davamlı və keyfiyyətli xidmət, hər kəsə uyğun tarif paketləri, 4G xidməti və sairə yeni abonentlərin üzünə açıq olmalıdır.

Nəhayət gözlənilən gün yetişdi: 2014-cü il fevralın 1-dən Mobil Nömrələrin Daşınması xidməti istifadəyə verildi. Azercell rəngarəng tarif paketləri və keyfiyyətli xidmətləri ilə yeni müştəriləri cəlb edir – statistika, ilkin hesablamalar belə deməyə əsas yaradır. Məsələn, həm daimi, həm də şəbəkəyə yeni qoşulmuş abunəçilər 5 fevralda yeni kampaniyanın müjdəsini aldılar: Fakturasız Xətt (SimSim) abunəçiləri “2 gün pulsuz danış” kampaniyasına qoşula bilər! 5 mart 2014-cü il tarixinə qədər davam edəcək kampaniya çərçivəsində 5 AZN və ya daha yüksək nominallı SimSim danışıq kartı yükləyən hər bir abunəçi yeddi gündən 2-sini 4,5 milyonluq Azercell ailəsinin digər üzvləri ilə pulsuz danışmaq imkanı qazandı. “2 gün pulsuz danış” kampaniyası, həmçinin, kampaniya dövründə Azercell-in şəbəkəsinə qoşulan abunəçilərə də şamil olunur. Onu da qeyd etmək lazımdır ki, abunəçilər kampaniyanın sonuna qədər təqdim olunan fürsətdən bir neçə dəfə istifadə edə bilərlər.

Yaxud, rayonlarda yaşayanlar üçün şirkətin xüsusi “Bölgə” tarif paketi var. “Bölgə” tarifini seçən abunəçilər rayonlarda 1 dəqiqəsi 5 qəpik, Bakı və Abşeronda isə 1 dəqiqəsi 10 qəpik tarifi ilə danışırlar. Beləliklə, abunəçilər şəbəkədaxili zənglərdə 30-50%, şəbəkəxarici zənglərdə isə 50-65% endirim əldə edirlər. Həmçinin, bölgələrdə bu tarif çərçivəsində edilən şəbəkədaxili zənglər 3-cü dəqiqədən sonra pulsuzdur, yəni abunəçi 40 dəqiqə üçün cəmi 15 qəpik ödəyir.

Bu günlərdə, şirkət digər operatorlardan onun şəbəkəsinə keçən abonentləri maraqlı tərzdə qarşıladı- onlarla xüsusi görüş təşkil edərək, Azercell-i seçdikləri üçün müştərilərinə təşəkkür etdi. Azercell-ə keçməklə yüksək səviyyəli xidmət, keyfiyyətli rabitə və sərfəli tariflərlə üzləşəcək abunəçilər, azmış kimi, şirkətdən təşəkkür və hədiyyə də qazandılar. Doğrusu, bunu heç kim gözləmirdi, xoş bir sürpriz oldu.

Şirkətin məşhur şüarına istinad eləsək, mobil nömrə daşıma sistemini belə də təbliğ eləmək mümkündür: “Köhnə nömrənlə yaşa, Azercell-ə daha yaxşı yaşa!”.