Şirvanda yeni məhəllələrin enerji təchizatı yenilənir

sirvanda-yeni-mehellelerin-enerji-techizati-yenilenir
Oxunma sayı: 888

“Azərişıq” ASC uzun müddətdir ki, Respublikanın regionlarındakı yeni salınan yaşayış massivlərinin elektrik enerjisi ilə təchiz edilməsi üçün əsaslı təmir-tikinti və yenidənqurma işləri aparır, yeni güc mərkəzləri yaradılır, 0,4 kV-luq paylayıçı şəbəkələr yenidən qurulur. 

"Qafqazinfo" xəbər verir ki, yaşayış massivlərinin elektrik enerjisi təchizatının yenidən qurulması Şirvan şəhərində həyata keçirilir. 2017-ci ilin sonundan başlayaraq Şivan şəhərində genişmiqyaslı işlərə başlanılıb. Artıq şəhərin Ç.Mustafayev küçəsində 44, Ə.Kürçaylı küçəsində isə 40 fərdi yaşayış evinin 0,4 kV-luq elektrik şəbəkəsi tamamilə yenidən qurulub. Eyni zamanda yeni yaşayış massivlərində güc mərkəzləri yaradılaraq əraziyə hava elektrik verilişi xətləri çəkilib. Yeni istehlakçıların texniki şərt əsasında şəbəkəyə qoşulması  Asan Xidmət Mərkəzləri ilə birgə həyata keçirilib. Ötən müddət ərazində 18 vətəndaş “Sabirabad Asan Xidmət Mərkəzi”nə müraciət edərək texniki şərt alıb və dərhal onların fərdi yaşayış evlərinə sayğac quraşdırılaraq enerji təchizatı təmin edilib. Eyni zamanda vətəndaşların elektrik şəbəkəsinə qoşulmasının kütləviliyi nəzərə alınaraq müraciətlərin daha çevik həlli üçün Səyyar “ASAN” xidmət vaqonu əraziyə ezam olunub. Artıq neçə gündür ki, yeni yaşayış massivinin sakinləri Səyyar “ASAN” xidmətə şəxsiyyət vəsiqəsini təqdim etməklə elektrik təchizatı şəbəkəsinə qoşula bilirlər. Yaxın müddətdə digər abunəçilərin də “Səyyar ASAN” xidmət vasitəsi ilə “Azərişıq” ASC-nin elektrik şəbəkəsinə qoşulması təmin ediləcək.