Siyahıda 100 nəfər var

siyahida-100-nefer-var
Oxunma sayı: 656

Bunu “Media forum” saytına Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova deyib. Onun sözlərinə görə, ümumilikdə 300-dən çox müraciətə baxılıb:

“Siyahı hazırlamışıq və orada 100 məhbusun adı var. İndi yalnız sərəncamın imzalanmasını gözləyirik”.

İlin sonunda prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənir.

Sonuncu əfv fərmanı 2011-ci il mayın 26-da imzalanıb. Əfv ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında jurnalist Eynulla Fətullayev də olub.