SOCAR-ın qərarı Türkiyə manşetində- - Gülənə böyük zərbə

socar-in-qerari-turkiye-mansetinde-
Oxunma sayı: 2895


“Qafqazinfo” xəbər verir ki, Türkiyə mediası xəbəri “Azərbaycan Gülən məktəblərini bağladı” başlıqları ilə təqdim edib. Qeyd edilir ki, ötən il ARDNŞ-in tərkibinə daxil edilən və Gülən hərəkatı ilə əlaqəsi olan Araz kursları və məktəblərinin bağlanması ilə bağlı qərar qəbul edilib.

 Türkiyə mediası bir neçə ay öncə mətbuata sızan bir məktubla bağlı xatırlatma edərək paralel təşkilatın Türkiyədə olduğu kimi Azərbaycanda da fəaliyyət göstərdiyini, lakin Azərbaycan kəşfiyyat orqanlarının bu şifrəni çözə bildiyini qeyd edib.